Cennifer ərə getməmişdən əvvəl yaşadığı villanı bu qiymətə SATDI - FOTO

Cennifer ərə getməmişdən əvvəl yaşadığı villanı bu qiymətə SATDI - FOTO

Hazırda oxunan: Cennifer ərə getməmişdən əvvəl yaşadığı villanı bu qiymətə SATDI - FOTO

161273

Dünya pop səhnəsinin ulduzu Cennifer Lopez Ben Afflekə ərə getməzdən əvvəl sahib olduğu son villasını satıb. 

Bizim.Media “TMZ” nəşrinə istinadən xəbər verir ki, müğənni 43 milyon dollar (təxminən 73 milyon manat) qazanmağı planlaşdırsa da, Bel Air-də (Kaliforniya) malikanə üçün 34 milyon dollar (təxminən 57 milyon manat) alıb. 

Doqquz yataq otağı, on üç vanna otağı olan malikanə bu ilin fevralında 43,6 milyon dollara (təxminən 75,3 milyon manat) bazara çıxıb və bu, onu bölgənin ən bahalı mülkü edib. Daha sonra müğənni qiyməti aşağı salmalı olub, lakin o, 2016-cı ildə evi təqribən 28 milyon dollara (təxminən 47,5 milyon manat) aldığı üçün yenə də uduzmayıb.  

Müğənninin malikanəsindən əlavə, nəhəng hovuzu, 30 yerlik kinozal, idman zalı, qonaq evi, 100 yerlik əlavə amfiteatrı da var. 

Qeyd edək ki, bu malikanə Cenniferin tək sahib olduğu son mülk idi. 2022-ci ildə Ben Affleklə evləndikdən sonra cütlük Beverli Hillsdə 60 milyon dollara (təxminən 101 milyon manat) malikanə alıb və oraya köçüb. Toydan əvvəl aktyor Pasifik Palisadesdəki evini də 30 milyona dollara (təxminən 50,9 milyon manat) satmışdı. 














Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO