Rəhim Rəhimlinin anası: “Oğlum deyirdi ki, 50 yaşından çox yaşamayacağam” - VİDEO

Rəhim Rəhimlinin anası: “Oğlum deyirdi ki, 50 yaşından çox yaşamayacağam” - VİDEO

Hazırda oxunan: Rəhim Rəhimlinin anası: “Oğlum deyirdi ki, 50 yaşından çox yaşamayacağam” - VİDEO

161133

“Oğlum Rəhim Rəhimli çox yaxşı qardaş və oğul idi. O hamıya qarşı yaxşı idi. Onun yumşaq ürəyi vardı. Ona sual verirdim ki, niyə özünə baxmırsan, sağlamlığına fikir vermirsən? Cavab verirdi ki, ana mənə heç nə olmaz, Allah məni çox istəyir. Bəlkə də Allah onu çox istədiyinə görə  apardı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum bəstəkar – müğənni Rəhim Rəhimlinin anası Firəngiz xanım “O üz” verilişinə müsahibəsində deyib. 

Oğlunun yoxluğu ilə hələ də barışa bilməyən sənətçinin valideyni bildirib ki, Rəhim 50 yaşından çox yaşamayacağını söyləyib:  

“Oğlum Rəhimin dünyasını dəyişməsi ömrümü azaltdı. Mən indi yaşamıram ki... Bütün günü evdə Rəhimlə danışıram. Rəhim xəstəliyini heç kimə bildirmirdi. O elə gülüb, danışırdı ki, onun xəstə olduğuna inanmırdıq. Bu insan belə idi. Rəhim səbrsiz insan idi. Üç gündən artıq xəstəxanada qala bilmirdi. Orada qalmağa dözə, özünə isə yer tapa bilmirdi. Rəhim vaxtlı-vaxtında həkimin ona yazdığı dərmanları qəbul etmirdi. Bir gün preparatları qəbul edirdi, iki gün isə qəbul etmirdi. Son günlər isə vəziyyəti normal idi. Rəhim özü üçün səs yazma və mahnıları aranjiman etmək üçün studiya açmışdı. Oranı təmir etdirirdi ki, mahnılarını orada aranjiman etdirsin. Faiq Ağayev də ora gəlmişdi. Rəhim deyirdi ki, 50 yaşından çox yaşamayacağam.

Oğlum heç 50 yaşına da çatmadı (ağlayır). Qəfil vəziyyəti ağırlaşdı. Təcili tibbi yardım çağırdıq. Nəfəsi çatmırdı. Ona oksigen verdilər. Amma bu da ona kömək olmadı. Ürəyi dözmədi və rəhmətə getdi. Təngnəfəs idi. Heç nə deyə bilmədi. İnanmıram ki, oğlum Rəhim yoxdur. Elə bilirəm ki, o sağdır. Onun yoxluğuna öyrəşə bilmirəm”. 
Qeyd edək ki, Rəhim Rəhimli ötən il sentyabrın 30-da dünyasını dəyişib. Onun ölümünə səbəb ürək çatışmazlığı olub. İfaçı eyni zamanda qaraciyər sirrozundan əziyyət çəkirmiş.  

 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO