Rihannanın repçi əri məşhur markanın kreativ rəhbəri seçildi - FOTO

Rihannanın repçi əri məşhur markanın kreativ rəhbəri seçildi - FOTO

Hazırda oxunan: Rihannanın repçi əri məşhur markanın kreativ rəhbəri seçildi - FOTO

161130

Dünyaca məşhur repçi A$AP Rocky (əsl adı Rakim Mayers) “Formula 1” üçün “Puma” geyim brendinin yeni xəttinin kreativ rəhbəri olub.  

Bizim.Media “Business of Fashion” nəşrinə istinadən xəbər verir ki, musiqiçi noyabrda “Formula 1” ilə tərəfdaşlıq çərçivəsində öz kolleksiyasını nümayiş edəcək və bunun üçün təmtəraqlı təqdimat mərasimi keçirəcək.

Geyimlərin defilesi “Qran Pri” zamanı - Las-Veqasda keçiriləcək çempionatda baş tutacaq.

Maraqlıdır ki, 2014-cü ildən qadın xəttinin kreativ rəhbəri musiqiçinin sevgilisi, dünya pop səhnəsinin ulduzu Rihanna da “Puma” ilə əməkdaşlıq edir. Təxminən bir ay əvvəl o, brendlə birgə yeni idman ayaqqabısı kolleksiyasını təqdim edib. 
Müğənni “Puma”nın 2001-ci ildə buraxılmış ikonik “Avanti” idman ayaqqabısını yenidən dizayn edib və eyni zamanda “Fenty x Puma Avanti” kolleksiyasının reklam çarxına çəkilib.

Qeyd edək ki, bu yay Rihanna və A$AP Rocky ikinci dəfə valideyn olublar. İkinci oğulları avqustun əvvəlində Los-Anceles klinikalarından birində dünyaya gəlib.

KİV-in məlumatına görə, oğlana Riot Rose Myers adı verilib. Körpənin adı “A$AP Rocky”nin bu ilin əvvəlində Farrell Uilliams ilə birlikdə yayımlanan “Riot” mahnısı ilə əlaqəlidir. Cütlüyün ilk övladı keçən ilin may ayında dünyaya gəlib. Uşağa RZA Azelston Mayers (Riza) adını veriblər. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO