Miri Yusif: “Amerikada bəzən parkların oturacağında yatmışam” - VİDEO

Miri Yusif: “Amerikada bəzən parkların oturacağında yatmışam” - VİDEO

Hazırda oxunan: Miri Yusif: “Amerikada bəzən parkların oturacağında yatmışam” - VİDEO

161061

“ABŞ-a cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım. Ora bəlkələrin əlindən getmişdim. Həyatımın ən çətin zamanı idi. Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Miri Yusif qonaq olduğu “Qapqara” verilişində deyib. 

Sənətçi ABŞ-da yaşadığı zamanı həyatının ən çətin dövrü adlandırıb: 

“Orada cibimdə pul olmayanda bəzən parkların oturacağında yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim. Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Oturacaqda uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm.
Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram. Nəticədə uduzmadım, əksinə, qazandım. Burada maddii məsələlər deyil, qazandığım başqa şeylərdir. Mən güclü oldum”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO