"Brilliant xanım gözləmirdi mən onun ad gununə gələrək barışıq addımını ataram. Bu sürpriz idi. Siz onun bu hadisədən təəccüblü reaksiyasını görmədiniz? İnsanlar çox tələsdilər bu barışığı beyinlərində montaj edib o formada təqdim etməyə".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova qonaq olduğu "10-da görüşək" səhər şousunda deyib.
Sənətçi Xalq artisti Brilliant Dadaşova ilə barışmasından söz açıb. Lalə bildirib ki, qarşı tərəfin onun bu addımını atmasından xəbəri olmayıb:
"Mən Brilliant Dadaşova ilə barışmağımı piar üçün etmədim. Eləsəydim öz telefonuma çəkilərdi kənardan. Bu qəlbən gələn bir addım idi. Sadəcə sonradan başa düşdüm ki, bizim küsülü olmağımız musiqini sevməyən insanlar üçün nə qədər maraqlı imiş. Bizim barışmağımıza sevinənlərin sayı az oldu. Mən Brilliant xanımla rəfiqə olmamışam. Yaxın dostluğumuz da olmayıb. Arada boş, mənasız söhbətlər oldu. Bu addımı atmaq içimdən gəldi. Brilliant Dadaşova bu səhnədə artıq sözünü demiş sənətkardır. Onun həqiqiətən də xəbəri yox idi. Birdən birə illərdir danışmadığı insan daxil olur içəri... Onun bu reaksiyası da normal idi".
- A-
- A
- A+
Şoutaym
09:33 / 22.10.2023
Lalə: "Brilliantla barışmağıma sevinənlər az oldu" - VİDEO
Hazırda oxunan: Lalə: "Brilliantla barışmağıma sevinənlər az oldu" - VİDEO
Hazırda oxunan: Lalə: "Brilliantla barışmağıma sevinənlər az oldu" - VİDEO
160954
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.