Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Ruhlana ad günü keçirib.
Bizim.Media xəbər verir ki, sənətçi uşaq-əyləncə mərkəzlərinin birində oğlu Kərim və digər iki nəvəsi Tuncay və Mətanətlə bərabər Ruhlanın 10-cu doğum günü münasibəti ilə təbrik ediblər.
Nəvələri İsgəndərlinin başına toplaşaraq onu qucaqlayıb öpüblər. Kadrların sonunda isə Mətanət oğlu Kərim və üç nəvəsi birgə xatirə fotoları çəkdiriblər. Həmin anları isə M.İsgəndərli sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Əməkdar artist paylaşımına "Ruhlanın doğum günü ötən ay sentyabrda oldu. Uşaqlar əylənsin deyə bir araya toplandıq", sözlərini yazıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabr ayında rəsmi şəkildə boşanıb. Məhkəmə üç uşağı anadan alaraq, ataya verib. Canana daha sonra Apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu Kərimdən alıb.
Üç uşaq hazırda M.İsgəndərli ilə birgə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və onun bir övladı var.
- A-
- A
- A+
Şoutaym
21:33 / 21.10.2023
Mətanət keçmiş gəlini Cananasız nəvəsinə ad günü keçirdi - VİDEO
Hazırda oxunan: Mətanət keçmiş gəlini Cananasız nəvəsinə ad günü keçirdi - VİDEO
Hazırda oxunan: Mətanət keçmiş gəlini Cananasız nəvəsinə ad günü keçirdi - VİDEO
160921
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.