Kəmalə Qaramollayeva:

Kəmalə Qaramollayeva: "Övladım olsun deyə bir evin pulunu xərclədim" - VİDEO

Hazırda oxunan: Kəmalə Qaramollayeva: "Övladım olsun deyə bir evin pulunu xərclədim" - VİDEO

160916

Müğənni Kəmalə Qaramollayeva şəxsi həyatı ilə bağlı açıqlaması ilə gündəmə səs salıb. 

Bizim.Media xəbər verir ki, 36 yaşlı sənətçi qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda övladı Davidin dünyaya gəlməsi üçün külli miqdarda pul xərclədiyini bildirib.  

"İndiyə kimi sənətdən çox öz həyatıma yatırım etmişəm. Bunu da heç kimdən gizlətmirəm. Davidin dünyaya gəlməsi üçün həyat yoldaşımla çox əziyyətlər çəkdik. Biz beş il İsraildə müxtəlif müalicələr aldıq. Yeddi il övlad problemi çəkmişdik.

Bakıda da övlad problemi ilə əlaqədar çox müalicələr aldıq. Hələ ona da nə qədər pul xərclədik. Bəlkə də bir evin pulunu övladımızın olmasına xərclədik", - deyə Kəmalə vurğulayıb.  

Qeyd edək ki, müğənni türk vətəndaşı Teymur adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan bir oğlan övladı var.  
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO