Elman övladının cinsiyyətini yeni klipindən ÖYRƏNDİ - VİDEO

Elman övladının cinsiyyətini yeni klipindən ÖYRƏNDİ - VİDEO

Hazırda oxunan: Elman övladının cinsiyyətini yeni klipindən ÖYRƏNDİ - VİDEO

160820

Rusiya və MDB ölkələrində məşurlaşan azərbaycanlı müğənni Elman Zeynalov çəkdirdiyi yeni klipində dünyaya gələcək övladının cinsiyyətini öyrənib.  

Bizim.Media xəbər verir ki, "Volk" (Canavar - red.) adlı mahnını ekranlaşdıran sənətçi ailəsini və yaxın dostlarını başına toplayaraq Moskvada restoranların birində təqdimat mərasimi keçirib.

Model həyat yoldaşı Marqarita Tsoy və yaxınları ilə birlikdə sözügedən klipi izləyən Elman oğlunun dünyaya gələcəyini öyrənib.  Klipin rejissoru Denis Boivanova müğənnidən bu xəbəri gizli saxlamaq üçün ekran işində "gender şənliyi"nin kadrlarını iki fərqli versiyada lentə alıb. Oğlu olacağını bilən Elman həmin an sevinc hissələrini qışqıraraq büruzə verib.
Həmin görüntüləri isə E.Zeynalov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Elman və Marqarita cütlüyünün 3 yaşlı Mariel adında bir qız övladı var.

Sözügedən videonu təqdim edirik:  

Rəşad Əliyev, Bizim.Media
 
Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO