Türkiyədə matəmə qarşı çıxan Zeynep Bastıkı TƏNQİD ETDİLƏR – FOTO 

Türkiyədə matəmə qarşı çıxan Zeynep Bastıkı TƏNQİD ETDİLƏR – FOTO 

Hazırda oxunan: Türkiyədə matəmə qarşı çıxan Zeynep Bastıkı TƏNQİD ETDİLƏR – FOTO 

160758

Türkiyəli müğənni Zeynep Bastıkın səsləndirdiyi fikirlər başına bəla olub. 

Bizim.Media xəbər verir ki, sənətçi Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan edilməsini tənqid edib.  

Bununla bağlı Zeynep sosial şəbəkə hesabında paylaşım edib: 

"Hamımız mövcud müharibədən, sonlanan canlardan son dərəcə kədərliyik. Qorxunc görüntülərin təsirindəyik. Lakin bizim də başqaları kimi öz peşəmiz, davam etdirmək məcburiyyətində olduğumuz işimiz var. Baş verən acını yaşayarkən gözlənti ilk və tək şey konsertlərin, teatr səhnələrinin, sənətə dair bütün fəaliyyətlərin ləğv edilməsi olmalıdır? Böyük bir sektoruq və minlərlə insan bu işdən evinə çörək pulu aparır.

Digər peşə sahibləri kimi bizim də öhdəliklərimiz, ailəmiz, həyatımız var. Bu qərar alınıbsa, ona sayğı duyuruq. Zatən günlərdir qeyri-rəsmi formada yasdayıq. Lakin niyə acını paylaşmaq sadəcə minlərlə insanın işini dayandırması deməkdir, bunu anlaya bilmirəm". 
Z.Bastıkın bu sözləri ölkəsində birmənalı qarşılanmayıb. Sosial şəbəkə əhli ifaçını yazdıqları şərhlərlə linç ediblər. 

Qeyd edək ki, oktyabrın 17-si axşam radələrində Qəzzada yerləşən xəstəxana raket hücumuna məruz qalıb. İsrail ordusu hadisəni onlar tərəfindən deyil, “İslami cihad” qruplaşmasının uğursuz raket buraxılışı nəticəsində baş verdiyini açıqlayıb. Qandonduran hadisə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fərmanı ilə ölkədə oktyabrın 21-nə qədər matəm elan olub.

Bununla əlaqədar televiziyalarda bütün əyləncəli, musiqili verilişlərin, həmçinin bir neçə serialın yayımı dayandırılıb. 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO