Rusiyanın məşhur "ViaQra" pop-estrada qrupunun keçmiş solisti, müğənni Vera Brejneva və prodüser Konstantin Meladze siyasi fikir ayrılıqlarına görə boşanıb.
Bizim.Media rus mətbuatında istinadən xəbər verir ki, boşanmaya səbəb keçmiş həyat yoldaşlarının Ukrayna ətrafındakı vəziyyətə fərqli baxışları olub.
Boşandıqdan sonra cütlük Rusiya, İtaliya və Ukraynada olan birgə əldə etdikləri əmlakın bölünməsi ilə məşğul olurlar.
Qeyd edək ki, Brejneva və Meladzenin boşanması ilə bağlı xəbərlər yayda gün üzünə çıxıb, lakin rəsmi təsdiq oktyabrın əvvəlində edilib. Sonra müğənni boşanma mövzusunun Ukraynadakı ilk mini-albomunda əks olunduğunu açıqlayıb.
İyunun əvvəlində Brejneva bütün gəliri Ukraynaya dəstək üçün göndərdiyini açıqlayıb. Onun Ukrayna vətəndaşlığı var və bu yaxınlarda Rusiyada yaşamaq icazəsini itirib. Müğənni hazırda xarici ölkədə yaşayır.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:21 / 19.10.2023
Vera Brejneva əri Konstantin Meladzedən Ukraynadakı müharibəyə görə BOŞANDI
Hazırda oxunan: Vera Brejneva əri Konstantin Meladzedən Ukraynadakı müharibəyə görə BOŞANDI
Hazırda oxunan: Vera Brejneva əri Konstantin Meladzedən Ukraynadakı müharibəyə görə BOŞANDI
160662
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.