Müğənni Günay İbrahimli açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində gündəlik həyat tərzindən söz açıb.
Günay bildirib ki, marketə ac yox, tox gedir:
“Çox yeməmək üçün evə ərzaq almaq lazım deyil. Soyuducunu gecə açanda da görürsən ki, heç nə yoxdur. Marketə mütləq şəkildə tox getmək lazımdır. İnsan ac olanda marketdən nə gəldi alır. Ona görə də mən yemək yeyirəm, sonra marketə gedirəm. Ac olanda əlimə nə düşürsə alıram”.
Rəşad Əliyev, Bizim.Media