Aygün Kazımova Füzulidəki çıxışının məşq VİDEOSUNU paylaşdı

Aygün Kazımova Füzulidəki çıxışının məşq VİDEOSUNU paylaşdı

Hazırda oxunan: Aygün Kazımova Füzulidəki çıxışının məşq VİDEOSUNU paylaşdı

160421

Xəbər verdiyimiz kimi, ötən gün “Füzuli Şəhəri Günü”ndə Füzulidə mədəniyyət və incəsənət nümayyəndələrinin iştirakı ilə konsert proqramı keçirilib.   

Bizim.Media xəbər verir ki, tədbirdə səhnəyə çıxanlar sırasında Xalq artisti Aygün Kazımova da yer alıb. 

Estrada ulduzu konsertdə iştirak etməzdən əvvəl səhnədə rəqsinin məşq videosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Məşqdə müğənni əyninə “Dolce&Gabbana” markasına məxsus “top”, “Balenciaga” brendindən olan cins şalvar geyinib. 

Kazımova konsert üçün xüsusi olaraq mərhum müğənni Şövkət Ələkbərovanın repertuarında yer alan sözləri Ənvər Əlibəyliyə, musiqisi isə İbrahim Topçubaşova məxsus “Söz olmasaydı” mahnısını ifa edib.  

Aygünün çıxışı zamanı geyimi də diqqət çəkib. Belə ki, pop diva Rüfət İsmayılın “AFFFAİR” markasının «Sumakh»  kolleksiyasından olan libası geyinib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO