Uzun illər əvvəl Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası efirə çıxaraq qızı ilə bağlı şok faktlar səsləndirib.
Bizim.Media xəbər verir ki, Rövşanənin valideyni bildirib ki, qızı şəhərin dörd tərəfindən milyonluq mülklərini sataraq narkotikə qurşanıb və hazırda küçələrdə dilənərək tüfeyli həyat tərzi keçirir.
“Rövşanə Britaniya vətəndaşı, milyarder iş adamı ilə evli olub. O, elə bir zəngin insan idi ki, Bakıda oturub, Londonda villasının işıqlarını yandırıb-söndürürdü. İngilis kürəkənim Bakıda neft şirkətində böyük vəzifədə çalışırdı. Onların autizmdən əziyyət çəkən bir uşaqları var. Əri gördü ki, arvadı bu vəziyyətə düşüb ondan uzaqlaşdı.
Mən onun alüdəçiliyi və kim tərəfindən bu hala salınmasını deyə bilmərəm. Qızımı tərbiyəli, işinə-gücünə gedən, dörd dil bilən kimi tanımışam. Onu oxutdurub, ali təhsil vermişəm. Haradan bilərdim ki, o kimlərəsə qoşulub, pis şeylərin alüdəçisi olacaq. Düzdür, o evə ziyan vurmurdu, amma bu dərəcəyə gəlib çıxmışıq.
Biz belə deyildik. Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz vardı. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, "Malakan" bağında mənzilimiz, Sabunçu dairəsinda yaşıl darvazalı villamız - hamısını satdı.
Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirdim, onu da satdı. Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şey satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. İngilis ərindən əvvəl isə qızım türk iş adamı ilə evli olub. Çox yaxşı bir insan idi. Onunla Bakıda tanış olub rəsmi şəkildə evlənmişdi.
Biz uzun illər Türkiyədə yaşadıq. O şəxs bizi bütün Türkiyəni gəzdirmişdi. Amma onların uşağı olmadı. Qızım hər zaman brend paltarlar geyinib. İndi evdə qalıb, heç üzünə də baxmır. Qızım hazırda küçələrdə dilənir. Məni bu kökə salan qızım oldu.
Bizim o qədər pulumuz var idi, bilmirdik hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın alüdəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır”, - deyə Rövşanənin anası bildirib.
Rəşad Əliyev, Bizim.Media