Aktrisa Pərvin Abıyeva ötən gün özünə doğum günü məclisi qurub.
Bizim.Media xəbər verir ki, 33 yaşına qədəm qoyan aktrisa ötən illərdən fərqli olaraq ad gününü restoranda deyil, yeni, iki mərtəbəli, lüks villasında keçirib.
Pərvin özəl gününə 20 nəfər ən yaxın dostunu çağırdığını bildirib. Onlar arasında bir zamanlar “Maşın” realiti şousunda qalmaqal yaşadığı müğənni Səidə Sultan, tanınmış stilistlər və inflüserlər olub.
Abıyeva gecədə iki libas dəyişib. Biri göbəyə qədər uzanan dərin sinə dekolteli qırmızı libas, digəri isə cins materialdan hazırlanan qısa don olub.
Gecə boyunca aktrisa maraqlı oyunlarla qonaqlarını əyləndirib. Bundan başqa Pərvin özü də bir neçə dəfə mahnı oxuyub və rəqs edib.
Məclisin sonunda gözəl aktrisa əlində böyük tortla görüntülənib. Pərvin ürəyində arzu tutaraq tortun üzərindəki şamları üfürüb.
Pərvin Abıyevanın doğum günündə yaşanan rəngli görüntüləri sizə təqdim edirik:
- A-
- A
- A+
Şoutaym
10:13 / 18.10.2023
Pərvin Abıyeva 33 yaşını dəbdəbəli villasında keçirdi - VİDEO
Hazırda oxunan: Pərvin Abıyeva 33 yaşını dəbdəbəli villasında keçirdi - VİDEO
Hazırda oxunan: Pərvin Abıyeva 33 yaşını dəbdəbəli villasında keçirdi - VİDEO
160369
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.