Rəqsanədən aparıcılara: “Danışığını və özünü apara bilməyənləri efirə çağırıb, “bir nömrə” edirsiniz” – VİDEO 

Rəqsanədən aparıcılara: “Danışığını və özünü apara bilməyənləri efirə çağırıb, “bir nömrə” edirsiniz” – VİDEO 

Hazırda oxunan: Rəqsanədən aparıcılara: “Danışığını və özünü apara bilməyənləri efirə çağırıb, “bir nömrə” edirsiniz” – VİDEO 

160204

Müğənni Rəqsanə İsmayılova efirdə aparıcıları sərt şəkildə tənqid edib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

Proqramın aparıcısı Zaur Nəbioğlu müğənniyə “Şou-biznesdə "nömrə bir" müğənni kimdir?” sualını ünvanlayıb. 

Zaurun sualından əsəbiləşən Rəqsanə belə cavab verib: 

“"Bir nömrə" anlayışı mənim üçün yoxdur. Siz aparıcılar elə adamları bir nömrə edib, tamaşaçıların gözünə soxursunuz ki… Bu sizin günahınızdır. O arxada ağzının danışığını bilməyən, özünü apara bilməyən, başqa vərdişləri, adamları gətirib burada xanım gismində təqdim edirsiniz. Bunun da günahkarı sizsiniz. Onları “bir nömrə” edirsiniz. Bunların hamısını siz edirsiniz. Çünki bizi görən tamaşaçılar pərdəarxasında olanları görmür. "Bir nömrə" deyəndə isə, həqiqəti danmaq olmaz. Xalq artisti Aygün Kazımova illərini verib bu sənətə. Ona görə də həqiqəti gizlətmək olmaz”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO