“Narkotik elə bir bəladır ki... Son illər oğlum Emil narkotikdən istifadə etmirdi. Reabilitasiya keçmişdi. Emilin arzuları çox idi. İndi-indi özünə gəlirdi. Əsgərlikdən gələndən sonra narkotikə qurşandı. 20 yaşında... Onun pis vərdişlərini yaradan onun paxılları idi. Emili o dərəcəyə salmışdırlar ki... Amma o, vəziyyətdən çıxdı. Özü də o, könüllü müalicəyə getdi”.
Bizim.Media xəbər verir ki, bu sözləri sənətkar “Günə son” ictimai-sosial verilişinə müsahibəsində deyib.
R.Rəhmanov oğlunun pis vərdişlərindən reabilitasiya olunduğunu bildirib:
“Mən haradan bilərdim ki, belə hadisə olacaq. Birdən belə dünyasını dəyişəcək. Mən onun ölümü ilə barışmayacağam. Emil özünü elə aparırdı ki, güya heçnə yoxdur. Yəgin ki, onun ölümündə o işin də rolu var. Təxminən bir sutka ağrıları vardı. Dostları onu xəstəxanaya apardılar.
Reanimasiyadan çıxıb mənə söylədilər ki, onun sol ayağı yuxarı hissədən göyərib. Bundan sonra bir çox orqanları fəaliyyətini dayandırdı. Ürəyini aparata bağladılar. Səhər saat 09:00 radələrində həkim reanimasiyadan çıxıb bizə dedi ki, Emilin iki saat vaxtı qalıb.
Emil saat 11:00-da dünyasını dəyişdi. Mən üzümü tutub bu işə alüdə olan gənclərə deyirəm ki, reabilitasiya olunsunlar. İnanın ki, gec deyil. Azərbaycan gəncləri narkotikə qalib gəlməlidir”.
Qeyd edək ki, Emil Rəhmanoğlu 44 yaşında xəstəxanada dünyasını dəyişib. O, Biləcəri ərazisində yerləşən məzarlıqda 19 il əvvəl vəfat edən qardaşı İlhamın yanında dəfn edilib.
- A-
- A
- A+
Şoutaym
09:20 / 17.10.2023
Rəhman Rəhmanov narkotik qurbanı olan oğlundan danışdı - VİDEO
Hazırda oxunan: Rəhman Rəhmanov narkotik qurbanı olan oğlundan danışdı - VİDEO
Hazırda oxunan: Rəhman Rəhmanov narkotik qurbanı olan oğlundan danışdı - VİDEO
160177
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.