Zamiq: “Köhnə şəkillərimə baxa bilmirəm” - VİDEO  

Zamiq: “Köhnə şəkillərimə baxa bilmirəm” - VİDEO  

Hazırda oxunan: Zamiq: “Köhnə şəkillərimə baxa bilmirəm” - VİDEO  

160076

“Yaşa dolduqca tünd rəngləri daha çox sevməyə başladım. 20 yaşında olan şəkillərimə baxıram görürəm ki, o illərdə daha rəngarəng geyinirdim. Hətta bu gün o şəkillərimə baxa bilmirəm. Çünki mənə uşaq kimi gəlir. Rəngləri çox qarışdırmışam. Amma mənə dostlarım deyir ki, o illərdə rəng qarışımı dəbdə idi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Zamiq Hüseynov qonaq olduğu “Özəl” verilişində deyib. 

Sənətçi geyim və səhnə tərzində çərçivələrinin olduğunu bildirib: 

“Yaşımın üstünə yaş gəlir və daha tünd rənglərdə geyinməyi sevirəm. Qəlbimdən belə keçir. Özümü güzgüdə necə xoş görürəmsə, elə də geyinirəm. Düzdür, kliplərimdə bir çox stilistlərlə işləsəm də, onlar da bilirlər ki, mənim çərçivələrim var. O çərçivələrdən də kənara çıxmaq olmaz”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO