Müşviqdən Zaura CAVAB:

Müşviqdən Zaura CAVAB: "Arvad kimi efirdə danışmaram" – VİDEO 

Hazırda oxunan: Müşviqdən Zaura CAVAB: "Arvad kimi efirdə danışmaram" – VİDEO 

159815

Xəbər verdiyimiz kimi, aktyor Müşviq Şahverdiyev "Rəngarəng səhər" verilişinə söz verib gəlməməsi ona baha başa gəlib. Proqramın aparıcısı Zaur Nəbioğlu aktyoru bu addımına görə canlı efirdə sərt şəkildə tənqid edib. 

Bizim.Media xəbər verir ki, Müşviq qonaq olduğu "Xəzər axşamı" verilişində Zaurun onun haqda söylədiyi qalmaqallı ifadələrə münasibət bildirib. 

"Birinci dedim ki, vaxtla bağlı problemim var. Evə vaxtında gedə, özümə zaman ayıra bilmirəm. Elə səviyyədəyik ki, hər addımımıza fikir verməliyik. Bəzi verilişlər olur ki, aparıcısı, qoyduğu sual ürəyimcə olmur. Həmin verilişdə olmaq istəmirəm. Heç kimin ailə həyatına qarışmıram. Adi xəbər oxuyanda belə, kimsə evləndi, ayrıldı üstündən keçirəm. Girib içini oxuyanda, öz həyatını yaşamırsan.Qardaş, kiminsə həyatını müzakirə etmək olmaz, öz ailənə bax.

Mən niyə ailə məsələmi efirdə danışmalıyam?

Elə verilişlərdən bu tipli mövzulara görə imtina edirəm. Oradakı aparıcıların məntiqsiz sualına görə getmirəm. Özümə hörmət edirəm. Nə deyirlər, komediya aktyoruyam, amma elə həddə gələndə sərt cavab verərəm. Arvad kimi efirdə danışmaram. Birbaşa sizə gələrəm, çağıraram və danışaram. Efirdə qılıncımı çıxarmaram. Kişi kişi ilə camaat qarşısında danışmaz. Qeybət xanıma aiddir, kişiylə kişi danışar, nəyinsə səbəbini öyrənər". 

Qeyd edək ki, M.Şahverdiyevin həyat yoldaşı Aynurə xanımla boşanması xəbərini müzakirə etmək üçün Zaur aktyoru verilişinə dəvət edib. Lakin Müşviq proqrama gələcəyinə söz versə də, sonra telefonunu bağlayıb və verilişə gəlməyib. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO