Elnarə qızının nişanlanmasından DANIŞDI:

Elnarə qızının nişanlanmasından DANIŞDI: "Qohum olduqlarım bəxtəvərdirlər ki, mən varam" – VİDEO 

Hazırda oxunan: Elnarə qızının nişanlanmasından DANIŞDI: "Qohum olduqlarım bəxtəvərdirlər ki, mən varam" – VİDEO 

159811

Əməkdar artist Elnarə Abdullayeva ilk dəfə qızı Xədicənin nişanlanmasından söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Rəngarəng səhər" verilişində danışıb. 

Xanəndə övladının nişanlanması görüntülərinin sosial şəbəkələrdə, eləcə də sözügedən verilişdə yayınlanmasına etiraz edib: 

"Qızım daha çox atasına bənzəyir. Sizin övladımın şəkillərini burada göstərməyinizdən xoşum gəlmir. Sosial şəbəkələrdə də hər nə olan kimi dərhal yazırlar. İşiniz gücünüz yoxdur. Qohum olduğum insanlar, ailəm, övladlarım da bəxtəvərdirlər ki, mən varam.

Çünki onların başını aşağa salacaq və xələl gətirəcək bir şey etməmişəm. Onlar o qədər rahatdırlar ki, mənə görə... O qədər şərəfli yol keçmişəm və sevə-sevə arxaya dönüb baxa bilirəm ki... İstəmirəm ki, qızımın adı hallansın və ya görüntüləri yayılsın. Mən bunların qəti əleyhinəyəm". 
Qeyd edək ki, E.Abdullayevanın qızı Xədicə iyulun 11-də paytaxt restoranlarının birində Cavad adlı bəylə nişanlanıb. Elxan adlı bəylə ailəli olan Elnarənin bir qız və bir oğlan övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO