Kəmalə Ağazadə: “Təranə qızı Suelin sığınacaqda qalmasını istəyir” – VİDEO 

Kəmalə Ağazadə: “Təranə qızı Suelin sığınacaqda qalmasını istəyir” – VİDEO 

Hazırda oxunan: Kəmalə Ağazadə: “Təranə qızı Suelin sığınacaqda qalmasını istəyir” – VİDEO 

159654

“Penitensiar xidmətin əməkdaşı bizə Təranənin yazdığı məktubun bir nüsxəsini çatdırıb. Orada Təranə uşaqlarının sığınacaqda qalmasını istəyir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Səni axtarıram” ictimai-sosial verilişinin canlı efirinə zəng edərkən deyib. 

K.Ağazadə bildirib ki, hazırda həbsxanada olan prodüser Təranə Səmədova böyük qızı Suelin müğənni Rəqsanə İsmayılovanın yanında deyil, sığınacaqda qalmasını istəyir: 

“Mən bunu dəfələrlə bildirmişəm ki, ananın məhkəmə prosesi gedən müddətdə uşaq dövlətin himayəsinə verilsin. Hazırda da Təranə belə bir müraciət edib. O, dünən mənimlə telefonla danışıb. Təranə söylədi ki, istəyirəm ki, məhkəmənin qərarı olana və mən həbsdən çıxana qədər uşaq sizin sığınacaqda qalsın. Bu, ananın istəyidir”. 

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının “Təranənin qızı Suel Rəqsanənin yanında qalmaq istəyir. Uşaq psixoloji gərginlik içərisindədir. Bu necə olacaq?” sualına K.Ağazadə belə cavab verib: 

“Hər zaman uşaqların müdafiəsini öndə qoyub, mənafeyini düşünmüşəm. Heç kim deyə bilməz ki, o uşaqla hansısa psixoloq qrupu kənarda işləyib və onunla iş aparıb. Bunların heç biri həyata keçirilmədiyi halda hamımızda da bir fikir yarana bilər ki, bəlkə elə uşağın yaşadığı o depressiyaların səbəbindən bir qorxusu, narahatlığı var. Ona görə anasından imtina etdiyini söyləyir. Yaxşı olar ki, Suel ilə uzun müddətli psixoloqlar işlər aparsın. Uşağın psixoloji konsultasiyasına ehtiyac var”. 

Qeyd edək ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.

Təranə Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılmışdı.
Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılmışdı. Onun iki qızı Suel və Adel Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən müəssisədə qalır. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO