Müğənni Kərim Abbasov efirdə dilinin bəlasına düşüb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində sağlam həyat tərzi sürdüyünü və hər gün əlliyə yaxın “jim” hərəkətini etdiyini vurğulayıb.
Proqramın aparıcısı Vüsalə Əlizadə Kərimdən “jim” etmək məharətini canlı yayımda göstərməsini istəyib.
Abbasov ayaqqabılarını soyunub həmin idman hərəkətini icra edib. Müğənni 50 dəfə desə də, cəmi 30 dəfə “jim” vurub. Onun bu məharətini isə Vüsalə alqışla qarşılayıb.
Həmin görüntüləri sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media