Məhkəmədə Naziləyə uduzan Fatimə: “Onunla barışmaq fikrim yoxdur” – VİDEO

Məhkəmədə Naziləyə uduzan Fatimə: “Onunla barışmaq fikrim yoxdur” – VİDEO

Hazırda oxunan: Məhkəmədə Naziləyə uduzan Fatimə: “Onunla barışmaq fikrim yoxdur” – VİDEO

159513

Xəbər verdiyimiz kimi, şairə Nazilə Səfərli qalmaqal yaşadığı rəqqasə Fatimə Fətəliyevaya keçirilən Apellyasiya Məhkəməsində qalib gəlib. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir. 

Bizim.Media xəbər verir ki, sözügedən məsələ “Elgizlə izlə” ictimai-sosial verilişində müzakirəyə çıxarılıb. 

Proqramda qonaq olan Fatimə Nazilə ilə aralarında yaşanan mübahisəni başdan sona kimi danışıb. Bundan sonra verilişin heyəti şairə ilə əlaqə saxlayıb.

N.Səfərli bildirib ki, Fatiməni heç zaman bağışlamayacaq: 

“Harada mənim haqda danışıb, təhqir edibsə, çıxsın orada da məndən üzr istəsin. Yalnız o halda mən məhkəməyə təqdim etdiyim ərizəni geri götürərəm”. 

Fətəliyeva isə öz növbəsində “Mən heç kimlə barışmıram. Barışmaq fikrim də yoxdur. Amma həyatda elə şeylər var ki, onlar toxunulmazdır” sözlərini dilə gətirib. 
Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Lakin Fatimə qarşı tərəflə yaşadığı qalmaqalda özünü haqlı bilərək, Apellyasiya Məhkəməsinə müraciət edib. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO