Müğənni Rəqsanə İsmayılova qalmaqallı açıqlaması ilə gündəmə səs salıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Günə son” ictimai-sosial verilişində 30 ildir üzünə vurduğu süni gelin fəsadları ilə mübarizə apardığını söyləyib.
Rəqsanə ombasını plastik əməliyyat vasitəsi ilə böyüdən həmkarlarını sərt şəkildə tənqid edib və məsxərəyə qoyub:
“Sevda Yahyayevanın toyuna gəldim. Şoka düşdüm. Müğənnilərin heç birini tanımadım. Hamısının arxasında nə boyda "KamAZ". Məəttəl qaldım. O toydan sonra jurnalistlər xəbərlər yazırdılar. Yoldaşımla mənim şəkillərimi də yerləşdirmişdilər. Hər kəs yazırdı ki, tək təbii görünən Rəqsanənin yoldaşı idi”.
Rəşad Əliyev, Bizim.Media