Ötən axşam Röya Ayxan ilk dəfə keçmiş “W-trio” qrupunun üzvü, həmkarı Natavan Həbibini və bir sıra digər həmkarlarını villasında qonaq edib.
Bizim.Media xəbər verir ki, Röya və Natavan qucaqlaşaraq qrupda olduğu zamanlarda həmkarları Elnarə Xəlilova ilə birgə oxuduqlar “Eşq” mahnısını dinləyib, sədaları altında rəqs ediblər.
Həmin anları çəkən Röya Elnarənin adını işarələyərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Elnarə isə həmin görüntüləri “Instagram” səhifəsində yayımlayaraq “Sizi sevirəm qızlar” şərhini yazıb.
Qeyd edək ki, zaman-zaman keçmiş qrup üzvləri Röya, Natavan və Elnarə arasında qalmaqal yaşanıb. Lakin sonradan onlar müsahibələrində barışaraq, münasibətlərinin yaxşı olduğunu bildiriblər.
Rəşad Əliyev, Bizim.Media