Nazimdən qalmaqal yaşadığı Kərimə: “Kişi kişidən küsməz” - VİDEO  

Nazimdən qalmaqal yaşadığı Kərimə: “Kişi kişidən küsməz” - VİDEO  

Hazırda oxunan: Nazimdən qalmaqal yaşadığı Kərimə: “Kişi kişidən küsməz” - VİDEO  

159175

“Faytonçu” ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Nazim Pişiyarı “qanlı bıçaq” olduğu həmkarları Nura Suri və Kərim Abbasovla münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb. 

“Maşın” realiti-şousunda Kərimlə qalmaqal yaşadığını söyləyən Nazim “kişi kişidən küsməz” deyərək fikirlərinə belə davam edib: 

“Biz küsülü deyilik. Kişi kişidən küsməz. “Maşın” şouda Kərimlə ünsiyyətimiz oldu, söhbət də etdik. Bu sənətdə mənim dostum yoxdur. Dostum evdəkilərdir. Kərimlə mən bir-birimizdən incikli ola bilərik. O inciklik də bitdi, getdi. Mənim axı, Kərim Abbasovla nə şəxsi qərəzliyim ola bilər ki?” 

Nazim xanım həmkarı Nura Suri haqqında isə ümumiyyətlə danışmaq istəmədiyini vurğulayıb: 

“Nura Suri qadındır. Onun haqda ona görə danışmaq istəmirəm. Kişi haqqında mənə sual verdiniz, danışdım, amma qadın haqda danışmaq istəmirəm. Qadının nə yaxşılığı, nə də ki, pisliyindən danışmaq istəyirəm. Çünki Nura Suri qadın, xanım və anadır”. 

Qeyd edək ki, K.Abbasovla N.Pişiyarı arasındakı qalmaqalın təməli toyların birində qoyulub.

Kərim açıqlmasında bildirib ki, Nazim məclisdə mikrofonu ona verməyib. Daha sonra tərəflər iştirak etdikləri “Maşın” realiti-şousunda davaya çıxıblar. Nazim müsahibələrində Nuri Surini müğənni kimi qəbul etmədiyini söyləyəndən sonra ikili arasında qalmaqal yaşanıb. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO