Səidə toyundan sonra Natavanla Röyanın villasında QONAQ OLDU - FOTO 

Səidə toyundan sonra Natavanla Röyanın villasında QONAQ OLDU - FOTO 

Hazırda oxunan: Səidə toyundan sonra Natavanla Röyanın villasında QONAQ OLDU - FOTO 

159094

 Müğənni Səidə Sultan bəysiz keçən toyundan sonra üzə çıxıb, paylaşımı ilə diqqətləri üzərinə cəmləyib.  

Bizim.Media xəbər verir ki, sənətçi həmkarı Xalq artisti Röya Ayxanın dəbdəbəli villasında qonaq olub.  

Onların arasında müğənni Natavan Həbibi də olub. Gah küsüb, gah barışan müğənnilər birlikdə foto çəkdiriblər. Səidə sözügedən şəkili sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.  

Müğənni paylaşımına "İllər keçsə də nə qədər "didişsək" (dalaşmaq - red.) doğmalıq keçmir" şərhini yazıb.  

Xatırladaq ki, Səidə Sultanın sentyabırın 19-da toyu olub. Toyda isə yalnız xanımlar iştirak edir. Səidənin həmkarı Kərim Abbasov bəyin Səidənin 15 illik dostu olduğunu bildirib.  
Qeyd edək ki, Səidə Sultan həm Natavan Həbibi həm də Röya Ayxanla qalmaqal yaşamışdı. Səidə maqazin verilişlərində Natavanı "qan kruşkasıdır" adlandırmışdı. Səidə Röya tərəfindən onun müğənnilik istedadına qısqandığını söyləmişdi.  

Lakin illər sonra Səidə Röya və Natavanı öz toyuna çağıraraq, onlarla məclisdə barışmışdı.


Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO