Rusiyalı müğənni ailəsi ilə İsraildə sığınacaqda GİZLƏNİR - FOTO

Rusiyalı müğənni ailəsi ilə İsraildə sığınacaqda GİZLƏNİR - FOTO

Hazırda oxunan: Rusiyalı müğənni ailəsi ilə İsraildə sığınacaqda GİZLƏNİR - FOTO

158980

Xəbər verdiyimiz kimi, oktyabrın 7-də Fələstinin HƏMAS radikal təşkilatı silahlılarının İsrail ərazisini raket və ağır arteleriya qurğuları ilə atəşə tutulması fonunda Qlyukoza ləqəbilə məşhurlaşan rusiyalı müğənni Natalya İonova ailəsi ilə birlikdə Tel-Əvivdə bomba sığınacağında gizlənmək məcburiyyətində qalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak teleqram kanalında məlumat yayıb.  

Kseniya bildirib ki, Bruno Marsın konsertini izləmək üçün İsrailə gedən Natalya həyat yoldaşı Aleksandr Çistyakov, qızları Lida və Vera ilə iki gündür ki, sığınacaqda qalıblar. 
Müğənni sosial şəbəkə hesabında uçuşlarının ləğv olunduğu üçün ölkədən çıxa bilmədiklərini yazıb.  

Qeyd edək ki, HƏMAS-ın hücumu nəticəsində İsraildə həlak olanların sayı 700-ü keçib, 2382 nəfər yaralanıb.  




Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO