Xalq artisti Aygün Kazımova növbəti dəfə meyxanaçı Namiq Qaraçuxurlu ilə bir araya gəlib.
Bizim.Media xəbər verir ki, ötən gecə toyların birində səhnə alan keçmiş duet ortaqların bir-biri ilə səmimi davranışları ilə diqqət çəkiblər.
Belə ki, "Səni elə sevdi ürək" mahnısı oxuyan zaman Kazımova zarafatca Qaraçuxurlunun mikrofonunu əlindən almağa çalışıb. Aygünün bu hərəkəti həm Namiqi, həm də məclisdə iştirak edən qonaqların üzünü güldürüb.
Həmin anlar sosial şəbəkədə yayılaraq "viral" olub.
Qeyd edək ki, son günlər A.Kazımova və N.Qaraçuxurlu həm Bakıda, həm də ölkə xaricində birgə toylara gedir.
Rəşad Əliyev, Bizim.Media