İsraildə olan Samirə Əfəndi:

İsraildə olan Samirə Əfəndi: "Tək istəyim Bakıya qayıtmaqdır"

Hazırda oxunan: İsraildə olan Samirə Əfəndi: "Tək istəyim Bakıya qayıtmaqdır"

158891

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Fələstinin radikal “HƏMAS” hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb və şəhərləri bombalayıb. Həmin dəhşətli və qorxu dolu anlara öz gözü ilə şahidlik edən Azərbaycanı 2020-2021-ci illərdə "Avroviziya" beynəxalq mahnı yarışmasında təmsil edən, müğənni Samirə Əfəndi olub.

Bizim.Media xəbər verir ki, ifaçı bu gün sosial şəbəkə hesabında canlı yayım açaraq hazırda olduğu paytaxt Tel-Əvivdə baş verən hadisələrdən söz açıb.

Müğənni göz yaşı içində bu gün Bakıya qayıtmaq üçün bilet aldıqlarını deyib:

“Videolara baxırıq, dəhşətdir. Bir də təsəvvür edin burada nələr olur. İnsanlar qışqırır, qaçır, ağlayır… Bu gün üçün bilet almışıq, deyirlər uçuş təxirə salınmayıb. Tək istəyim Bakıya qayıtmaqdır”.

Qeyd edək ki, açıqlanan son məlumata görə, ölən israillilərin sayı artıq 600-ü keçib. İsrailin cənubunda fələstinli yaraqlıların girov saxladığı ilk qrup azad edilib. İsrail Qəzzada qapalı hərbi zona yaradıldığını vurğulayıb.

Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO