Hadisə səhnədə anasından danışıb, ağladı: “Əvvəl o, sonra mən...” - VİDEO 

Hadisə səhnədə anasından danışıb, ağladı: “Əvvəl o, sonra mən...” - VİDEO 

Hazırda oxunan: Hadisə səhnədə anasından danışıb, ağladı: “Əvvəl o, sonra mən...” - VİDEO 

158740

Türkiyənin pop ulduzu Hadisə Bursadakı konserti zamanı səhnədə göz yaşlarına boğulub.  

Bizim.Media xəbər verir ki, hit mahnılarını ard-arda oxuyan sənətçi anası Gülnihal ilə bağlı etirafı ilə diqqət çəkib.  

Hadisə “Həyatımda nə etdimsə, ilk olaraq anam üçün etdim. Əvvəl o, sonra mən” deyərək ağlayıb.  

Qeyd edək ki, müğənninin anası Gülnihal 2018-ci ildə intihara cəhd etdikdən sonra Hadisə ilə böyük bacısı və meneceri Hülya Açıqgöz mübahisə edərək işbirliklərinə son qoyublar. Bacıların qalmaqalı hətta məhkəməyə kimi gedib çıxıb.  
Hadisənin modelyerlik edən kiçik bacısı Dərya karyerasını ikinci plana keçirərək anası ilə Belçikaya köçüb. Bundan sonra Türkiyə mətbuatı bacılar arasında yeni qalmaqal yaşandığını, ailənin Hülyadan üz döndərdiyini yazıb.  

Həmin kövrək anları sizə təqdim edirik:  
Rəşad Əliyev, Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO