“Gah dalaşır, gah da xoşbəxtlik saçırlar” - Cennifer və Benin arasında nə baş verir? – FOTO 

“Gah dalaşır, gah da xoşbəxtlik saçırlar” - Cennifer və Benin arasında nə baş verir? – FOTO 

Hazırda oxunan: “Gah dalaşır, gah da xoşbəxtlik saçırlar” - Cennifer və Benin arasında nə baş verir? – FOTO 

158641

Bir müddətdir ki, dünyaca məşhur cütlük Cennifer Lopez və aktyor həyat yoldaşı Ben Afflek aralarında yaşanan mübahisələrə görə mətbuatın gündəmindən düşmür. 

Bizim.Media xəbər verir ki, Lopez və Afflek yenidən Los-Ancelesdə avtomobildə paparazzilərin obyektivinə tuş gəlib. 

Aşiqlər məşhur “fast food” şəbəkəsinin pəncərəsi önündə dayanıb üzlərində son dərəcə xoşbəxt ifadə ilə burger yeyiblər. Pərəstişkarları uzun müddətdir ki, onları belə pozitiv əhvalda görməyib. Sosial şəbəkə əhli cütlüyün nümayişcəsinə aktyorluq edərək, oyun oynadığını yazıblar. 

Belə ki, onlar “Cennifer zavallı Beni qəsdən gülməyə məcbur edir, çünki belə yaramazın yanında xoşbəxt olmaq mümkün deyil” fikrində olduğunu yazıblar: 

“Səhnələşdirmə! Bizə bax... çox xoşbəxtik”, “Elə səhnələşdirilib. “Ben hələ də nikah üzüyü taxdığını paparazzilərə göstərmək üçün əlini açıq pəncərədən çıxarır”. 
Qeyd edək ki, Cennifer Lopez və Ben Afflek ötən ilin iyulunda Las-Veqasda gizli toy etmişdilər. Sonra cütlük bu münasibətlə ötən şənbə aktyorun Corciya ştatının Risboro şəhərindəki malikanəsində şənlik təşkil etmişdilər. Zaman-zaman aşiqlərin arasında gərginlik yaşanıb və həmin anlar dəfələrlə paparazzilərin obyektivinə tuş gəlib. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO