Vera Brejneva Konstantin Meladzedən BOŞANDIĞINI açıqladı – FOTO 

Vera Brejneva Konstantin Meladzedən BOŞANDIĞINI açıqladı – FOTO 

Hazırda oxunan: Vera Brejneva Konstantin Meladzedən BOŞANDIĞINI açıqladı – FOTO 

158622

Bir müddətdir ki, Rusiyanın məşhur pop ulduzu Vera Brejnevanın bir zamanlar üç uşaqlı ailədən ayırıb, özünə ər etdiyi prodüser Konstantin Meladzedən ayrılması haqda sosial şəbəkələrdə məlumatlar yayılıb. 

Bizim.Media xəbər verir ki, bu gün sarışın gözəl bu şayiələrin doğru olduğunu təsdiqləyib. 

Vera sosial şəbəkə hesabında boşanması ilə bağlı mübahisələrə son qoyan post paylaşıb.

Lakin bunu sənətçi növbəti albomunu elan etmək “şousu” altında xəbəri üstüörtülü şəkildə təqdim edib. 

“Boşanma, transformasiya, minnətdarlıq, musiqi və səs... Bütün bunlar mənim mini albomumdadır”, - deyə 41 yaşlı müğənni lakonik şəkildə qalmaqallı məsələyə aydınlıq gətirib.

Ehtimal olunur ki, 7 ilə yaxın evli olan cütlük ötən il boşanıb. 

Xatırladaq ki, ulduzlar 2015-ci ildə İtaliyada ailə qurublar. Cütlüyün toyunda yalnız yaxınları iştirak edib. Lakin onların romantik dolu münasibətləri bundan çox əvvəl, 2000-ci illərdə, Brejnevanın üçlüyü “VIA Gra” pop qrupunın bir hissəsi olduğu zaman başlamışdı.
Ona üç uşaq dünyaya gətirən keçmiş həyat yoldaşı Yana Summ Konstantin Meladzenin xəyanəti barədə aydın danışdı. İndi Vera Brejneva Avropada yaşayır. Bura müğənni Şimal Hərbi Dairəsinin fəaliyyətə başlamasından sonra Rusiya ilə bütün əlaqələri kəsərək köçüb. Görünür, sənətçi üçün işlər o qədər də yaxşı getmir, çünki o, daim narahatedici fikirlərini sosial şəbəkə əhli ilə bölüşür.







Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO