Sosial şəbəkə hesabları bloklanıb hədələnən Corc Qafarov özünə yeni avtomobil ALDI – FOTO 

Sosial şəbəkə hesabları bloklanıb hədələnən Corc Qafarov özünə yeni avtomobil ALDI – FOTO 

Hazırda oxunan: Sosial şəbəkə hesabları bloklanıb hədələnən Corc Qafarov özünə yeni avtomobil ALDI – FOTO 

158607

Xəbər verdiyimiz kimi, aktyor Corc Qafarov bir müddət əvvəl “TikTok” sosial şəbəkə hesabında Sankt-Peterburqdan Bakıya dönər-dönməz “Instagram” və “Whatsapp” hesablarının bloklandığını və beş naməlum şəxslər tərəfindən hədələnərək, həyatının təhlükədə olduğunu açıqlayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi başına gələn xoşagəlməz hadisələrlə bağlı sosial şəbəkə hesabında məlumat yayıb. 

28 yaşlı aktyor “Instagram” və “Whatsapp” hesablarının geri qayıtdığını açıqlayıb. Bundan başqa Qafarov aldığı yeni idman avtomobilini nümayiş etdirib.

Nəqliyyat vasitəsinin qarşısında çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşən Corc “Uşaq Corc xəyal qurduğu maşına sahibdir. Böyük Corc xəyal qurduğu təyyarəyə doğru!” sözlərini yazıb. 

Qeyd edək ki, Qafarov Corc Maris oğlu 24 fevral 1995-ci ildə Latviya Respublikasının Riqa şəhərində anadan olub. Atası Maris Beinerts latviyalı, anası Leyla Qafarova isə azərbaycanlıdır.

Corc 5 yaşında anası ilə birlikdə Azərbaycana gəlib. Valideynlərinin boşanması nəticəsində Corc və qardaşı Jerar uşaq evinə düşür və orada böyüməyə başlayırlar. Bu dövrdə onun atası Latviyada, anası isə Azərbaycanda qalır.
4 may 2014-cü ildə Corcun anası xərçəng xəstəliyindən dünyasını dəyişir. 2019-cu il dekabrın 17-də Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyorluq vəzifəsinə cəlb olunmuşdu. O, 2019-cu ildə Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinə üzv seçilmiş və oradakı fəaliyyəti ilə birlikdə aktyorluq karyerasını da davam etdirir. Müğənni Roza Zərgərli onu və qardaşını övladlığa götürüb. 












Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO