Aparıcı Xoşqədəm Hidayətqızı canlı yayımda təhdid olunub.
Bizim.Media xəbər verir ki, ötən gün “Səni axtarıram” ictimai-sosial verilişinə zəng edən Valeh adlı bir şəxs aparıcıya hədə-qorxu gəlib.
Belə ki, rusiyalı bir qadın oğlu Osmanın itkin düşdüyü və uzun zamandır onu tapa bilmədiyi üçün sözügedən proqrama pənah gətirib.
Aparıcı qadının oğlunun axtarışına çıxıb. Verilişin gedişatında Hidayətqızı Osmanın atası Valehlə əlaqə saxlayıb. Aparıcı “Osmanın yerini söylə” deyə qarşı tərəfə səslənib. Valeh qəzəbli halda “Oğlumun yerini sizə deməyəcəyəm. İstəyirsiniz, gəlim Bakıya, nazirliyə gedim və sizə problem yaradım” sözlərini dilə gətirib. X.Hidayətqızı isə “Siz məni təhdid edirsiniz?” deyərək, hiddətlənib.
Efirdə yayımlanan həmin kadrları sizə təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media