Fərhad Əliyevin qızı Aliyə Azərbaycanı “Avroviziya-2024”də təmsil etmək İSTƏYİR – VİDEO

Fərhad Əliyevin qızı Aliyə Azərbaycanı “Avroviziya-2024”də təmsil etmək İSTƏYİR – VİDEO

Hazırda oxunan: Fərhad Əliyevin qızı Aliyə Azərbaycanı “Avroviziya-2024”də təmsil etmək İSTƏYİR – VİDEO

158479

Mərhum, sabiq sənaye və energetika naziri Natiq Əliyevin oğlu iş adamı Fərhad Əliyevin birinci evliliyindən olan qızı Aliyə Əliyeva gələn il İsveçdə keçiriləcək “Avroviziya -2024” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək istəyir. 

Bizim.Media xəbər verir ki, bu haqda gənc ifaçı sosial şəbəkə hesabında fransız dilində paylaşdığı videoaçıqlamada məlumat verib. 

“Salam! Adım Lexa, sizi Azərbaycandan salamlayıram. Mənim musiqi səyahətim 11 il əvvəl başladı. Və o vaxtdan müğənnilik və mahnı yazmaq dünyasına qərq olmuşam. Festivallarda çıxışlarım, müsabiqələrdə qazandığım qələbələr mənə unudulmaz təcrübələr bəxş etdi. 16 yaşımda İsveçrəyə təhsil almağa getdim.

Və daha sonra “Berklee” Musiqi Kollecinə daxil oldum, musiqi və musiqi sənayəsi haqqında biliklərim peşəkarlaşdı. Mənim ilhamım valideynlərimin Bakıda “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak etdiyi andan gəldi. İşıqların, tamaşaların və səhnənin valehedici hissi səhnəyə olan həvəsimin başlanğıcı oldu.
O vaxtdan kiçik konsertlər təşkil edirdim, bacı-qardaşlarımla kiçik “Avroviziya” keçirirdim və Azərbaycanı “Avrovoziya” beynəxalq mahnı yarışmasında təmsil edə biləcəyim günü arzulayırdım. Və o an gəldi! Mən gəncəm, amma səhnəni fəth etməyə hazıram. Lexaya İsveçdə keçiriləcək “Avroviziya - 2024” beynəxalq mahnı musabiqəsində Azərbaycanın səsi olması üçün dəstək olun.

Arzum getdikcə yaxınlaşır və sizin köməyinizlə onun həyata keçəcəyinə inanıram. Təşəkkür edirəm!”, - deyə Aliyə bildirib.

Qeyd edək ki, “Avroviziya-2024”də ölkəmizi təmsil etmək üçün müğənni Rilaya Hüseynzadə də seçim turlarına qatılacağını açıqlayıb. 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO