Rusiyalı müğənnini öz iti DİŞLƏDİ – VİDEO 

Rusiyalı müğənnini öz iti DİŞLƏDİ – VİDEO 

Hazırda oxunan: Rusiyalı müğənnini öz iti DİŞLƏDİ – VİDEO 

158464

Rusiyanın məşhur “Блестящие” (Parıldayanlar) pop qrupunun keçmiş üzvü, müğənni Olqa Orlova bədbəxt hadisə ilə üzləşib. 

Bizim.Media xəbər verir ki, ulduzun qızı Aninin Dina adlı iti onu qaparaq, dişləyib. 

Belə ki, Aninin boş oyun meydançasını qoruyan Dina qəfil özünü aqressiv aparıb. Olqa ev heyvanına yaxınlaşanda it onu dişləyib. Orlova sosial şəbəkə hesabının hekayə bölməsində başına gələn bu hadisəni danışaraq, itin dişlədiyi yeri nümayiş etdirib. 

“Dünən Dina ilə axşamımız yaxşı bitmədi. Dina Aninin boş olan oyun meydançasını qoruyurdu. Onu yatağa aparmağa getdim. Dina isə məni dişlədi. O, idman şalvarının üstündən ayağımı dişləyib, həyasızcasına... Uşaq meydançasında keşik çəkirdi... Dəhşətdir”, - deyə üzülmüş teleaparıcı vurğulayıb. 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO