Elnurdan Elm və Təhsil Nazirliyinə: “Rus bölməsinin şagirdləri çətinlik çəkir” - FOTO/VİDEO 

Elnurdan Elm və Təhsil Nazirliyinə: “Rus bölməsinin şagirdləri çətinlik çəkir” - FOTO/VİDEO 

Hazırda oxunan: Elnurdan Elm və Təhsil Nazirliyinə: “Rus bölməsinin şagirdləri çətinlik çəkir” - FOTO/VİDEO 

158455

Müğənni Elnur Məmmədov Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yayımladığı videomüraciətdə rus bölməsində təhsil alan şagirdlərin kitablarla bağlı çətinlik çəkdiyini bildirib. 

Məmmədov vurğulayıb ki, çap olunan tarix kitabların rus dilində deyil, Azərbaycan dilində olması məktəblilərə problem yaradır: 

“Elm və Təhsil Nazirliyinə müraciət edirəm: Övladları rus bölməsində oxuyan valideynlər mənə dəstək olarlar. Elə uşaqlar var ki, tam rusdillidir, heç Azərbaycan dilini bilmir. Bacımın övladı altıncı sinifdə oxuyur.

Soruşuram ki, dərs necədir? Deyir ki, Azərbaycan tarixi kitabı sırf Azərbaycan dilindədir. Uşağa çox çətindir, oxuya bilmirlər. Azərbaycan tarixi dərsindən qiymətləri aşağıdır. Rus bölməsi üçün çətindir. Biz bizim tarixi bir neçə dildə yaymalıyıq.
Bizim üçün önəmlidir. Elm və Təhsil Nazirliyi Azərbaycan tarixini rus dilində təqdim etsin. Hətta uşaq deyir ki, xaricdə yaşayan uşaqlar belə məktəbdən oxuya bilmədikləri üçün çıxıblar”. 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO