Xalq artisti Azər Zeynalovun oğlu İsmayıl nişanlanıb.
Bizim.Media xəbər verir ki, 58 yaşlı sənətkar bu haqda qonaq olduğu “Dikdaban” verilişində danışıb.
Zeynalov bildirib ki, övladının nişan mərasimi beş gün əvvəl paytaxt restoranlarının birində baş tutub.
İsmayılın nişanlısı isə Fatma adlı həkim-dermatoloqdur.
Qeyd edək ki, Azər Zeynalov şair, publisist Zeynal Vəfanın oğludur. Müğənninin dörd övladı var.
Rəşad Əliyev, Bizim.Media