Kübra Əliyeva: “Oğlumu narkotikə dostu qurşandırdı” – VİDEO 

Kübra Əliyeva: “Oğlumu narkotikə dostu qurşandırdı” – VİDEO 

Hazırda oxunan: Kübra Əliyeva: “Oğlumu narkotikə dostu qurşandırdı” – VİDEO 

158168

Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlundan söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində bildirib ki, övladını narkotikə dostları qurşandırıb: 

“O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada Kopenhagendə oxuyub, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. Beş il orada oxuyub Bakıya gəldi. Bilmirəm, niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi... Nə oldu?
Qaraciyəri məhv oldu və dünyadan köçdü. Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, narkotiki sizə verən olanda, atmayın, düşünün. Düşünün ki, bunun arxasında nələr durur: evlər, pullar, həyat gedir, ailə biabır olur. Mən biabır olmadım”. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO