Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər efirə çıxıb.
Bizim.Media xəbər verir ki, mərhum aktrisanın övladı qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişinə gələrək, anası ilə bağlı xatirələrdən söz açıb.
Sənətkarın qızı bildirib ki, anası gecə saatlarında teatrdan evə döndüyü üçün onunla çox ünsiyyətdə ola bilməyib:
“Anamı yalnız gecə saatlarında işdən qayıdarkən görürdüm. O, gecəyə kimi teatrda çalışırdı. Hər zaman da evə gələndə mənə oyuncaqlar alırdı. Ayaqqabılarını soyunmağa kömək edirdim. Hərdən məni özü ilə çalışdığı teatra aparırdı. Amma çox xatirələr yadımda qalmayıb. Məni nənəm böyüdüb, saxlayıb. Mənə bunlar yuxu kimi gəlir. Anamla bağlı çox qırıq-qırıq xatirələr var”.
Qeyd edək ki, 2009-ci ildən bəri süd vəzi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 8 il əvvəl iyulun 11-də dünyasını dəyişib.
Rəşad Əliyev, Bizim.Media