Cennifer Lopez və Ben Afflek dava edərkən GÖRÜNTÜLƏNDİLƏR – FOTO 

Cennifer Lopez və Ben Afflek dava edərkən GÖRÜNTÜLƏNDİLƏR – FOTO 

Hazırda oxunan: Cennifer Lopez və Ben Afflek dava edərkən GÖRÜNTÜLƏNDİLƏR – FOTO 

157900

Dünyaca məşhur cütlük Cennifer Lopez və Ben Afflek avtomobildə gərgin söhbət edərkən növbəti dəfə paparazzilərin obyektivinə tuş gəliblər. 

Bizim.Media “Page Six” nəşrinə istinadən xəbər verir ki, jurnalistlər cütlüyü Afflekin Lopezə həvəslə nəsə dediyi, aktiv jestlər etdiyi və o da öz növbəsində onu diqqətlə dinlədiyi anda lentə alıb. 

Cennifer əvvəlcə ərinə baxsa da, sonra hirsli baxışla üzünü çevirib. İnsayder nəşrə izah edib ki, kameraya düşən söhbətdə dava kimi yozulacaq heç nə yoxdur.
Cennifer Benin sadəcə çox danışmağı, nitqini jestlərlə müşayiət etməyi xoşladığını və müğənninin ən çox aktyor ərini diqqətlə dinlədiyini söyləyib. 

Xatırladaq ki, daha əvvəl aşiqlər dava edən zaman görüntüləniblər. Cennifer isə ailə həyatında hər şeyin qaydasında olduğunu söyləyib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO