Zaur Kamal daha bir kanalda aparıcılıq edəcək

Hazırda oxunan: Zaur Kamal daha bir kanalda aparıcılıq edəcək

157858

Aparıcı Zaur Kamal yeni televiziya mövsümündə daha bir kanalda aparıcılıq edəcək.

Bizim.Media axşam.az-a istinadən bildirir ki, o, "Ləzzətli oyun" verilişi ilə həftəiçi dörd gün ATV kanalında tamaşaçıların görüşünə gələcək.

Bununla yanaşı, aparıcının sonuncu dəfə 7 il əvvəl nümayiş olunan "Ay Zaur" proqramı da bərpa olunacaq. Sözügedən layihə isə ARB-də yayımlanacaq.

Qeyd edək ki, Zaur uzun illər "Xəzər TV"də çalışıb. O, hazırda ARB-də nümayiş olunan "Həmin Zaur" proqramının aparıcısıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO