Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canannın plastik əməliyyat edərək "Səni axtarıram" ictimai-sosial verilişinə çıxması ona baha başa gəlib.
Bizim.Media xəbər verir ki, sözügedən verilişdə ekspert qismində iştirak edən psixoloq Könül Cəfərova Canananı görər-görməz uşaqlarının onunla birgə yaşamamasını irad tutub.
"Uşaqlarınıza analıq etmirsiniz? Allah ağıl, şüur, məntiq, əl və ayaq, eyni zamanda övlad da verib. Sizi başa düşmürəm. Allah mənə sizin həyatınızı yaşamağı qismət etməsin".
Könülün "Niyə övladı nənə saxlamalıdır?" sualına Canananın cavabı belə olub:
"Mən 3 uşaq dünyaya gətirmişəm. Uşaqların evinin təmirini gözləyirik, hazır olanda köçəcəklər".
Bu anda psixoloq "Köçəcəklər, yoxsa köçəcəyik? Sən balanla yaşamalısan" kəlmələrinə
Əməkdar artistin keçmiş gəlini "Şərait vermirlər uşaqla yaşayım" fikrini ifadə edib.
Daha sonra Cəfərova "Bir uşağı dünyaya gətirib, məsuliyyəti daşıya bilməyəcəksənsə, onu dünyaya gətirmə. Mən xəstələnə, ölə bilərəm, uşağıma nənəsi sahib çıxar. Amma bu cür geyinib, bəzənib efirə çıxıramsa, özümü gözəlləşdirirəmsə... Sizin kimi analara qarşı çox qəddaram.
Biz burada nəyi təbliğ edirik?
Analar, uşağı saxlaya bilmirsiniz, atın uşaqları. Gözəlləşdirin qadınları, uşaqları atsınlar" sözlərini dilə gətirib.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi şəkildə boşanıb. Məhkəmə üç uşağı anadan alıb ataya verib. Canana daha sonra Apellyasiya məhkəməsinə müraciət edərək övladlarının qəyumluğunu Kərimdən alıb. Üç uşaq hazırda M.İsgəndərli ilə birgə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və onun bir övladı var.
- A-
- A
- A+
Şoutaym
11:54 / 30.09.2023
Efirdə DAVA - Mətanətin keçmiş gəlini psixoloqla DALAŞDI – VİDEO
Hazırda oxunan: Efirdə DAVA - Mətanətin keçmiş gəlini psixoloqla DALAŞDI – VİDEO
Hazırda oxunan: Efirdə DAVA - Mətanətin keçmiş gəlini psixoloqla DALAŞDI – VİDEO
157681
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.