Erməni müğənni Brilliant Dadaşovaya zəng edib – Onları nə bağlayır?

Erməni müğənni Brilliant Dadaşovaya zəng edib – Onları nə bağlayır?

Hazırda oxunan: Erməni müğənni Brilliant Dadaşovaya zəng edib – Onları nə bağlayır?

15723

"Ermənilər arasında bizim musiqini sevənlər çoxdur. Nyu-Yorkda mükafat alanda, salonun yarısı erməni idi. Səhnə arxasında yaxınlaşırdılar. Hətta biri dedi ki, sənə qulaq asıb müğənni olmuşam.

Başladı "Getmə" oxumağa. Eyni mənim kimi oxuyurdu. Bizimkilər isə məndən öyrənib, deyir, Zeynəb Xanlarovaya, Müslim Maqomayevə qulaq asmışam. Bizə düşmən olsalar da, etiraf edirdilər. Sadə xalq pis siyasətçilərin qurbanı olub".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadə ilə İnstagramda canlı yayımda deyib. 

Müğənni ona zəng edən ermənidən söz açıb: 

 

MÖVZU İLƏ BAĞLI:

Brilliant Dadaşova Türkiyədə “ər axtaran” bacısından danışdı - VİDEO


"Hayiko adlı erməni müğənni mənə zəng etmişdi. Norveçdə idim. Deyirdi ki, Yerevandayam, bax nəyə qulaq asıram. Qoydu "Külək niyə belə əsirsən".

"Deyir ki, qoy, bir nəfər desin niyə qulaq asırsan? Bəzən onların sənət insanlarını qınamıram. Biri Azərbaycanın yaxşılığına danışan kimi yüz nəfər ona hücum edir". (axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO