Murad Arif şəhidlər haqda: “Gedən hər can bizdəndir

Murad Arif şəhidlər haqda: “Gedən hər can bizdəndir"

Hazırda oxunan: Murad Arif şəhidlər haqda: “Gedən hər can bizdəndir"

156808

Bəstəkar - müğənni Murad Arif  son günlər sosial şəbəkədə geniş müzakirə olunan "Antiterror tədbirləri zamanı Vətən şəhid verdiyi üçün toylar təxirə salınmalıdır" mövzusuna münasibət bildirib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında məsələ ilə bağlı post paylaşan sənətçi bildirib ki, toy edənləri qınamaq olmaz. 

"Gedən hər can bizdəndir. Sənət adamı olaraq, səhnələrimiz, çıxışlarımız hər günə yazılıb. Yenə də öz millətimizin işinə yarımaq, onların xidmətimdə dayanaraq, işləyirik.

Toy edənlər də yurdumun insanıdır. Bir məclisin min dənə hazırlığı, mərasimi, qayğısı var. Onları da qınamaq olmaz. Ləğv etmək, təxirə salmaq ayrı dərd...

Azərbaycana yeni ailələr, sevinc və ruh yüksəkliyi çox lazımdır. Ruhumuz sınmasın. Amma yenə də, çıxdığım hər səhnə, oxuduğum hər mahnının arxasında elimizin ağrısını, dərdini yaşayıram. İş işdir... Həyat dayanmır... İçimizdə yasımızı tutaraq, işimizi görürük", - deyə Murad vurğulayıb.

Qeyd edək ki, sentyabrın 20-də Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olublar.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO