Sevda Sanaliyevanın yaşadığı binada YANĞIN OLDU - VİDEO

Sevda Sanaliyevanın yaşadığı binada YANĞIN OLDU - VİDEO

Hazırda oxunan: Sevda Sanaliyevanın yaşadığı binada YANĞIN OLDU - VİDEO

156726

Müğənni Sevda Sanaliyeva qorxu dolu anlar yaşayıb.

Bizim.Media xəbər verir ki, sənətçinin yaşadığı coxmərtəbəli yeni tikili binada gecə saatlarında yanğın baş verib.

Yanğına səbəb isə kabellərdə qısa qapanma olub.

Bina sakinləri evlərini tərk ediblər. Əraziyə dərhal FHN-in əməkdaşları gəlib. Onların səyi nəticəsində yanğın qısa müddərdə söndürülüb. Bu haqda isə Sevda özü sosial şəbəkə hesabında video paylaşıb. 

İki övladı ilə binanın həyətində digər sakinlərlə birgə əyləşən müğənni bildirib ki, onları mənzillərinə getməyə icazə vermirlər. Sevda bildirib ki, yanğında heç kim xəsarət almayıb. Binaya da zərər gəlməyib.
Qeyd edək ki, Sevda Sanaliyeva Yasamal ərazisində Qəzənfər Musabəyov parkının yanında yerləşən hündürmərtəbəli yeni tikili binaların birində yaşayır. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO