"Kişilər həyatımızda böyük rol oynayır, dəyər veririk, amma gün keçdikcə özlərini sahibimiz zənn edirlər".
Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva İnstaqram hesabının hekayə bölümündə son günlərdə ölkəmizdə yaşanan qadın cinayətləri ilə bağlı etiraz olaraq yazıb.
O, sevgilisi tərəfindən öldürülən Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Musayeva Pərvin və Bakıda atası 62 yaşlı Hacıağa Salmanov tərəfindən öldürülən 35 yaşlı Gülnar Salmanova barədə xəbərlərə fikir bildirib.
Pərvin feminist olmadığını, lakin qadınları feminizmə kişilərin sürüklədiyini deyib:
"Öz övladına zəhərli iynə vurub öldürmək nə deməkdir axı?! Allah bizə dil, şüur, beyin verib ki, danışaq, bir-birimizi anlayaq. Tanrının bəxş etdiyi bu nemətlərdən istifadə etməyib, özündən əmələ gələni belə ucuz şəkildə öldürəcəksənsə, ən yüngül cəzan edam olmalıdır.
Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz. Səhvi olsa, belə onu yanlışdan döndərmək üçün bir çox metod var. Ölüm çıxış yolu deyil".
Bizim.Media
- A-
- A
- A+
Şoutaym
22:30 / 23.03.2021
Pərvin Abıyevadan etiraz: "Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz" - FOTO
Hazırda oxunan: Pərvin Abıyevadan etiraz: "Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz" - FOTO
Hazırda oxunan: Pərvin Abıyevadan etiraz: "Bəsdirin, cavan-cavan qızların həyatını söndürdünüz" - FOTO
15665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.