“Məşhurlar haqda veriliş çəkirdim. Onlar bunu biləndən sonra başladılar mənə sifarişlər göndərməyə ki, bizi çəkməyin. Onlardan da biri müğənni Nura Suri idi”.
Bizim.Media xəbər verir ki, bu sözləri telejurnalist İradə İsaq qonaq olduğu “YouTube”da yayımlanan “Mirin dibçəyi” verilişində deyib.
İradə bildirib ki, müğənni Nura Suri ona zəng edərək, haqqında veriliş çəkməyə qadağa qoyub:
“Nura Suri şəxsi həyatı ilə bağlı hər zaman açıq şəkildə danışıb. Əslində, mən heç onu çəkmək istəmirdim. Müzakirələr aparırdıq ki, verilişə hansı məşhuru çəkək. Verilişin prodüseri istəyirdi ki, Nuranı çəkək. Amma mən təklif etdim ki, Nuranı hələ ki çəkməyək. İstəyirdim ki, yaradıcılığı daha geniş müğənniləri çəkək.
Nura Suri mənə zəng vurub dedi ki, siz haqqımda material yığırsınız. “Siz heç bilirsiniz ki, mən kiməm? Atam hərbçi olub. O, Azərbaycan xalqına xidmət edib”.
Cavabında dedim ki, buna heç şübhə də etmirəm. Tanımıram və araşdırmamışam, bilmirəm, kimin qızısınız. O zamandan bəri Nura Suri bərk incimişdi və səbəbsiz yerə...”
Rəşad Əliyev, Bizim.Media