Lalədən Cavanşirə:

Lalədən Cavanşirə: "Yuxunuzda da sizdən üzr istəmərəm" – VİDEO 

Hazırda oxunan: Lalədən Cavanşirə: "Yuxunuzda da sizdən üzr istəmərəm" – VİDEO 

155924

Aparıcı Lalə Azərtaş Əməkdar artist Cavanşir Məmmədovun "Lalə Azərtaş, mənə etdiyin təhqir xalqıma edilmiş təhqirdir" sözlərinə sərt şəkildə cavab verib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Lalə aparıcısı olduğu "Təsir dairəsi" ictimai-sosial verilişdə danışıb. 

Aparıcı bildirib ki, heç zaman C.Məmmədovdan üzr istəməyəcək: 

"Mənim xalqımın adından deyirsiniz. Tamam, sevgidən "mənim xalqım" deyə bilərəm. Amma qanundan-hüquqdan mənə hakimlikdən danışırsınızsa siz də "mənim xalqım" deyə müraciət edə bilmərsiniz. Konkret insanlar bu barədə müraciət edə bilər.

Düşünülməmiş və cılız bir cümlə işlədirsiniz "Lalə Azərtaş, mənə etdiyin təhqir xalqıma edilmiş təhqirdir". Xeyr, Cavanşir Məmmədov! Xeyr! Sizdən fərqli olaraq mən danışanda yüz dəfə ölçüb, bir biçirəm. Xalqın və elin gözü tərəzidir. Nə siz, nə mən xalqın gözünü kör etmək gücündə deyilik.

Hamı hər şeyi sərrast görür. Lalə Azərtaş sizə nə edib ki, sizdən üzr istəsin? Mən nəyinki gerçək həyatda, heç yuxunuzda da sizdən üzr istəmərəm. Çünki bu mövzuya dəyməz". 

Qeyd edək ki, Mustafa İbili aylar əvvəl "Təsir Dairəsi" verilişinə gələrək Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı.

“Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi. Daha sonra Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO