Aysel Şükürə İstanbulda evlilik təklifi edildi - VİDEO 

Aysel Şükürə İstanbulda evlilik təklifi edildi - VİDEO 

Hazırda oxunan: Aysel Şükürə İstanbulda evlilik təklifi edildi - VİDEO 

155814

Məşhur bloqer Aysel Şükürə İstanbulda evlilik təklifi edilib.  

Bizim.Media xəbər verir ki, influser bununla bağlı sosial şəbəkə hesabında məlumat yayıb.  

Belə ki, axşam saatlarında İstanbulda Asiya və Avropa yarımadalarını birləşdirən Yavuz Sultan Səlim körpüsünün üzərində led işıqlarla "Aysel mənimlə evlənərsən?" yazılmış poster yayımlanıb.

Həmin görüntünü izləyicilərlə bölüşən Şükür "Fiziki olaraq orada olmasam da, bu videoda əks olunan duyğular danılmazdır. Sevgi həqiqətən sərhəd tanımır və İstanbuldakı bu sürpriz təklif də bunun sübutudur. Bu sürpriz məni çox duyğulandırdı" sözlərini yazıb.  
Qeyd edək ki, Aysel Şükür iki dəfə ailə həyatı qurub. Onun ilk evlilikdən bir, ikinci həyat yoldaşı Oqtaydan isə əkiz oğulları var.

Aysel keçmiş Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovun qızıdır.    

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO